Madrid “Real”ının yeni baş məşqçisi Joze Mourinyo növbəti mövsüm üçün heyətdə dəyişikliklər etməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis müdafiəçilər Alvaro Karreras və Raul Asensionu komandada istəmir.
Bu barədə “Madrid Universal” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Asensio “Real”da qalmaq istəyir. Əks halda, klubdan onun hazırkı maaşını qarşılaya biləcək komanda tapmasını gözləyir.
Karrerasın ayrılığı isə daha çətin görünür. Çünki futbolçu ötən mövsüm “Real”a keçib.
Bildirilir ki, qərar yalnız Mourinyodan asılı olsa, cinah müdafiəçisi Madrid klubunu tərk edəcək.