Müller "Bavariya"nın heyətində 250-ci qolunu vurub
16.06.2025 - 10:22
"Bavariya"nın hücumçusu Tomas Müller komandanın heyətində 250-ci qolunu vurub.
Apasport.az xəbər verir ki, 35 yaşlı futbolçu klublararası dünya çempionatının qrup mərhələsinin ilk turunda “Ouklend Siti” ilə qarşılaşmada dubl edib.
Müller "Bavariya"nın heyətində 752 matçda 250 qola çatıb.
Xatırladaq ki, klublararası dünya çempionatı başa çatdıqdan sonra Tomas Müller azad agent kimi klubu tərk edəcək.
Qeyd edək ki, iyunun 21-də “Bavariya” “Boka Xuniors”la, iyunun 24-də isə “Benfika” ilə qarşılaşacaq.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0