Murad Musayev Rusiya klubunda - Rəsmi
14.03.2024 - 10:54
"Sabah"ın sabiq baş məşqçisi Murad Musayevin yeni iş yeri bəlli olub.
Apasport.az xəbər verir ki, o, Rusiya Premyer Liqa təmsilçisi "Krasnodar"a baş məşqçi təyin olunub.
40 yaşlı mütəxəssislə bu mövsümün sonuna qədər müqavilə imzalanıb. M.Musayev istefaya göndərilən Vladimir İviçi əvəzləyib.
Bu mövsümün fevral ayında "Sabah"dan ayrılan çalışdırıcı 2018-2021-ci illərdə “Krasnodar”da işləyib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
1
0