Uruqvay millisinin qapıçısı Fernando Muslera DÇ-2026-nın H qrupunda İspaniyaya qarşı keçirilən oyunda erkən əvəzlənib.
Apasport.az xəbər verir ki, 40 yaşlı qolkiper ikinci hissənin əvvəlində yerini Serxio Roçetə verib.
Baş məşqçi Marselo Bielsa oyundan sonra Musleranın fasilədə özünün əvəzlənmək istədiyini bildirib.
Təcrübəli qapıçı DÇ-2026-da bir neçə epizodda səhvləri ilə diqqət çəkib. Səudiyyə Ərəbistanı ilə görüşdə inamsız qaytardığı top qapıya daxil olub. Kabo-Verde ilə matçda uzaq məsafədən yerinə yetirilən cərimə zərbəsinin qarşısını ala bilməyib, eyni qarşılaşmada ikinci qolda isə qapısını tərk edərək daha bir qola səbəb olub. Son matçda isə Baenanın zərbəsindən sonra topu əlindən qaçırıb.
Qeyd edək ki, Uruqvay İspaniyaya 0:1 hesabı ilə uduzub və H qrupunda 2 xalla sonuncu pillədə qərarlaşaraq dünya çempionatı ilə vidalaşıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI