Qış transfer pəncərələrində baş tutan ən bahalı hücumçu keçidləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bu mənada rekord ötən ay “Fiorentina”nı “Yuventus”a dəyişən Duşan Vlahoviçə məxsusdur.
Vlahoviçin keçidi “qoca sinyora”ya 81,6 milyon avroya başa gəlib. Serbiyalı forvard hazırda “Barselona”nın formasını geyinən Pyerr-Emerik Obameyanqın rekordunu 4 ildən sonra yeniləyib. Qabonlu 2018-ci ildə “Arsenal”a Dortmund “Borussiya”sına 63 milyon 750 min avroya keçib.
1. Duşan Vlahoviç
2022-ci il: “Fiorentina”dan “Yuventus”a – 81,6 milyon avro
2. Pyerr-Emerik Obameyanq
2018: Dortmund “Borussiya”sından “Arsenal”a – 63,75 milyon
3. Dieqo Kosta
2018: “Çelsi”dən “Atletiko”ya - 60 milyon
4. Fernando Torres
2011: “Liverpul”dan “Çelsi”yə - 58,5 milyon
5. Cekson Martines
2016: “Atletiko”dan “Quançjou Everqrand”a - 42 milyon
6. Endi Kerroll
2011: “Nyukasl”dan “Liverpul”a - 41 milyon
7. Sedrik Bakambu
2018: “Vilyarreal”dan “Beyçzin Quoan”a - 40 milyon