2021-ci ildə transfer dəyəri ən çox düşən futbolçuların adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, qiyməti artan oyunçulardan sonra indi də geridə qalan il yanvarın əvvəlindən dekabrın sonuna qədər transfer bazarında ən çox dəyər itirənlər araşdırılıb.
“10-luq”da “Barselona”nın futbolçuları çoxluq təşkil edir. 10 oyunçudan 4-ü hazırda müqavilə ilə Kataloniya klubuna məxsusdur. İl ərzində ən çox dəyər itirənlər isə Filipp Koutinyo, Lionel Messi və Sadio Manedir.
1-3. Filipp Koutinyo
Klubu: “Barselona”
Ölkəsi: Braziliya
Yaşı: 29
Mövqeyi: Yarımmüdafiəçi
2021-ci ilin əvvəlində transfer dəyəri: 60 milyon avro
2021-ci ilin sonunda transfer dəyəri: 20 milyon avro
Transfer dəyərində artım: 40 milyon avro
Lionel Messi
Klubu: PSJ
Ölkəsi: Argentina
Yaşı: 34
Mövqeyi: Hücumçu
2021-ci ilin əvvəlində transfer dəyəri: 100 milyon avro
2021-ci ilin sonunda transfer dəyəri: 60 milyon avro
Transfer dəyərində artım: 40 milyon avro
Sadio Mane
Klubu: “Liverpul”
Ölkəsi: Seneqal
Yaşı: 29
Mövqeyi: Hücumçu
2021-ci ilin əvvəlində transfer dəyəri: 120 milyon avro
2021-ci ilin sonunda transfer dəyəri: 80 milyon avro
Transfer dəyərində artım: 40 milyon avro
4. Neymar
Klubu: PSJ
Ölkəsi: Braziliya
Yaşı: 29
Mövqeyi: Hücumçu
2021-ci ilin əvvəlində transfer dəyəri: 128 milyon avro
2021-ci ilin sonunda transfer dəyəri: 90 milyon avro
Transfer dəyərində artım: 38 milyon avro
5-6. Eden Azar
Klubu: “Real”
Ölkəsi: Belçika
Yaşı: 30
Mövqeyi: Hücumçu
2021-ci ilin əvvəlində transfer dəyəri: 60 milyon avro
2021-ci ilin sonunda transfer dəyəri: 25 milyon avro
Transfer dəyərində artım: 35 milyon avro
Saul Nigez
Klubu: “Çelsi” (“Atletiko”dan icarəyə götürülüb)
Ölkəsi: İspaniya
Yaşı: 27
Mövqeyi: Yarımmüdafiəçi
2021-ci ilin əvvəlində transfer dəyəri: 70 milyon avro
2021-ci ilin sonunda transfer dəyəri: 35 milyon avro
Transfer dəyərində artım: 35 milyon avro
7. Roberto Firmino
Klubu: “Liverpul”
Ölkəsi: Braziliya
Yaşı: 30
Mövqeyi: Hücumçu
2021-ci ilin əvvəlində transfer dəyəri: 72 milyon avro
2021-ci ilin sonunda transfer dəyəri: 38 milyon avro
Transfer dəyərində artım: 34 milyon avro
8-9. Klemen Lanqle
Klubu: “Barselona”
Ölkəsi: Fransa
Yaşı: 26
Mövqeyi: Müdafiəçi
2021-ci ilin əvvəlində transfer dəyəri: 50 milyon avro
2021-ci ilin sonunda transfer dəyəri: 18 milyon avro
Transfer dəyərində artım: 32 milyon avro
Miralem Pyaniç
Klubu: “Beşiktaş” (“Barselona”dan icarəyə götürülüb)
Ölkəsi: Bosniya və Herseqovina
Yaşı: 31
Mövqeyi: Yarımmüdafiəçi
2021-ci ilin əvvəlində transfer dəyəri: 50 milyon avro
2021-ci ilin sonunda transfer dəyəri: 18 milyon avro
Transfer dəyərində artım: 32 milyon avro
10. Antuan Qrizmann
Klubu: “Atletiko” (“Barselona”dan icarəyə götürülüb)
Ölkəsi: Fransa
Yaşı: 30
Mövqeyi: Hücumçu
2021-ci ilin əvvəlində transfer dəyəri: 80 milyon avro
2021-ci ilin sonunda transfer dəyəri: 50 milyon avro
Transfer dəyərində artım: 30 milyon avro
Qeyd edək ki, 2021-ci ildə transfer dəyəri ən çox artan futbolçular Dortmund “Borussiya”sının norveçli hücumçusu Erlinq Haland və “Barselona”nın ispaniyalı yarımmüdafiəçisi Pedridir (50 milyon avro).