Çempionlar Liqasında (ÇL) çıxış etmək, möhtəşəm himni oyunöncəsi stadiondan dinləmək bütün futbolçuların ən böyük arzusudur.
Apasport.az saytının məlumatına görə, xüsusən də, böyük futbolçular bu turnirdən kənarda qalmaq istəmirlər.
Bəziləri hətta məhz ÇL-də yer almaq üçün komandasını dəyişir. Bu da onların tez-tez transfer edilməsinə yol açır. Təsadüfi deyil ki, qitənin ən nüfuzlu klub turnirində fərqi komandaların formasını geyinmiş çox sayda oyunçular var.
Onlar arasında Çempionlar Liqasında ən azı 5 komandanın şərəfini qorumuş ulduzları təqdim edirik.
1. Zlatan İbrahimoviç - 7 klub
Çempionlar Liqasında oynadığı komandalar: “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunayted”
2-3. Nikolya Anelka - 6 klub
Oynadığı komandalar: “Arsenal”, “Real”, PSJ, “Fənərbaxça”, “Çelsi”, “Yuventus”
Xavyer Saviola - 6 klub
Oynadığı komandalar: “Barselona”, “Monako”, “Real”, “Benfika”, “Malaqa”, “Olimpiakos”
4-7. Samuel Eto - 5 klub
Oynadığı komandalar: “Real”, “Malyorka”, “Barselona”, “İnter”, “Çelsi”
Emerson - 5 klub
Oynadığı komandalar: “Bayer”, “Roma”, “Yuventus”, “Real”, “Milan”
Fernando Moryentes - 5 klub
Oynadığı komandalar: “Real”, “Monako”, “Liverpul”, “Valensiya”, “Marsel”
Ernan Krespo - 5 klub
Oynadığı komandalar: “Parma”, “Latsio”, “İnter”, “Milan”, “Çelsi”