Ən məhsuldar qapıçılar – ilə 7 qol
24.12.2021 - 23:19
Ən məhsuldar qapıçılar – ilə 7 qol

2021-ci ilin ən məhsuldar qapıçıları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə,  Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəlinə Qaspar Servio başçılıq edir.

Paraqvay “Quarani”sinin argentinalı qapıçısı il ərzində 7 qol vurub. O, bütün topları penalti ilə rəqib qapısından keçirib.

Ondan başqa, yalnız bir qapıçı il ərzində birdən çox qola sevinib. Braziliyalı Jan “Atletiko Qoyaniens”də 2 dəfə fərqlənib.