Ən yaxşı adına 6 namizəd
03.12.2021 - 16:39
İngiltərə Premyer Liqasında noyabrın oyunçusu adına namizədlər açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıya 6 futbolçunun adı daxil edilib.
Bunlar “Liverpul”dan Trent Aleksander-Arnold, Dioqo Jota, “Mançester Siti”dən Joau Kanselu, Bernardu Silva, “Uotford”dan Emmanuel Dennis, “Aston Villa”dan Con Makqindir.
Qeyd edək ki, ötən ayın ən yaxşısı adına “Liverpul”un hücumçusu Məhəmməd Salah layiq görülüb.
0
0