“Napoli” çempion oldu - TARİXİNDƏ 3-cü dəfə
23.12.2025 - 00:52
İtaliya Superkubokunun qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən həlledici görüşdə “Napoli” “Bolonya” ilə üz-üzə gəlib.
Qarşılaşma Neapol təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, “Napoli” tarixində 3-cü dəfə İtaliya Superkubokunu qazanıb.
0
0