“Napoli”dən “Atletiko”ya - RƏSMİ
12.08.2025 - 10:18
“Napoli”nin futbolçusu Cakomo Raspadori karyerasını İspaniyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, 25 yaşlı hücumçu “Atletiko Madrid”ə transfer olunub.
Bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
La Liqa təmsilçisi bu keçid üçün qarşı tərəfə 22 milyon avro ödəyəcək. Razılaşmaya əsasən, italiyalı forvardla 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Raspadori ötən mövsüm neapolluların heyətində meydana çıxdığı 29 rəsmi oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
0
0