"Napoli"nin futbolçusuna Türkiyədən təklif var
11.08.2024 - 20:38
"Napoli"nin futbolçusuna Türkiyədən təklif var

Türkiyənin "Qalatasaray" klubu transfer hərəkatını davam etdirir.

Apasport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu dəfə "Napoli"nin futbolçusu Mario Ruinin xidmətində maraqlıdır.

Portuqaliyalı sol cinah müdafiəçisinin Türkiyəyə icarə əsasında gəlmək ehtimalı yüksəkdir. 

33 yaşlı futbolçu üçün İspaniyanın "Real Valyodolid" klubu da hərəkətə keçib, lakin o bu təklifə isti yanaşmır.

Qeyd edək ki, Mario Rui ötən sezon "Napoli" forması ilə çıxdığı 28 rəsmi oyunda 2 məhsuldar ötürmə verməyi bacarıb.

0