Niderland millisinin üzvü İtaliya yolunda
18.08.2025 - 19:17

"Napoli" Romelu Lukakunun sıradan çıxmasından sonra heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Neapolluların əsas hədəfi "Mançester Yunayted"də çıxış edən Coşua Zirkzeedir.
A Seriyası təmsilçisinin baş məşqçisi Antonio Konte 24 yaşlı hücumçunu komandasında görmək istəyir.
Qeyd edək ki, Niderland millisinin üzvü olan Zirkzee “qırmızı şeytanlar”ın heyətində ötən mövsüm 49 rəsmi oyunda meydana çıxaraq 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0