Niderlandlı futbolçu Bundesliqa klubunda - RƏSMİ
12.08.2025 - 14:28
Niderlandlı futbolçu Bundesliqa klubunda - RƏSMİ

"Bayer" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Bundesliqa təmsilçisi "AZ Alkmaar"ın oyunçusu Ernest Pokunu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bayer" bu keçid üçün qarşı tərəfə 10 milyon avro ödəyib. Razılaşmaya əsasən, 21 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, niderlandlı futbolçu ötən mövsüm "AZ Alkmaar"ın heyətində 42 matçda meydana çıxaraq 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.