“Nottingem Forest”in baş məşqçisi mükafatlandırılıb
08.11.2024 - 19:59
İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu ada "Nottingem Forest"in sükanı arxasında olan Nuno Eşpirito Santo layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Onun komandası oktyabr ayında İngiltərə çempionatında keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 dəfə heç-heçə edib.
0
0