“Nottingem”də baş məşqçi ayrılığı
12.02.2026 - 18:22
“Nottingem”də baş məşqçi ayrılığı

İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası yaşanıb.

Apasport.az xəbər verir ki, "Nottingem Forest" Şon Dayçla yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

54 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Dayç 2025-ci ilin oktyabr ayında "Nottingem Forest"in baş məşqçisi vəzifəsinə təyin olunmuşdu.