“Bavariya”nın qapıçısı Manuel Noyer zədə səbəbindən bir müddət meydanlardan uzaq qalacaq.
Apasport.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
Təcrübəli qolkiper dekabrın 14-də Bundesliqada “Maynz”la 2:2 hesablı heç-heçə ilə başa çatan oyundan sonra sağ bud nahiyəsində narahatlıq hiss edib. Aparılan tibbi müayinələrdən sonra Noyerə əzələ yırtığı diaqnozu qoyulub.
Bu səbəbdən 39 yaşlı qapıçı 2025-ci ilin son günlərində komandasına kömək edə bilməyəcək. Onun Bundesliqanın qış fasiləsindən sonra, yanvarın 11-də “Volfsburq”la keçiriləcək matça qədər meydana qayıtması gözlənilir.
Qeyd edək ki, Manuel Noyer cari mövsümdə “Bavariya”nın heyətində bütün turnirlər üzrə 20 oyunda meydana çıxıb və bu görüşlərdə 21 qol buraxıb.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”