Noyer fərdi məşqləri də dayandırıb
22.03.2025 - 16:24
"Bavariya"nın qapıçısı Manuel Noyer fərdi qaydada məşqləri dayandırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Buna səbəb 38 yaşlı qolkiperin əzələsindən zədə alması olub. Futbolçu məşq zamanı sıradan çıxıb.
Noyer Almaniya çempionatının cari mövsümündə 20 oyun keçirib və 15 qol buraxıb. 11 görüşdə Manuel qapısını toxunulmaz saxlayıb.
Ulduz qapıçı 2011-ci ilin yayından Münhen komandasında çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2026-cı ilin iyunun sonunda başa çatacaq.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0