Noyer məşqlərə başladı
31.03.2026 - 14:06
Noyer məşqlərə başladı

"Bavariya"nın qapıçısı Manuel Noyer komanda ilə məşqlərə başlayıb.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Həmçinin müdafiəçi Rafael Gerreyro da kollektivə qoşulub.

Qeyd edək ki, Noyer cari mövsümdə 29 matçda iştirak edib.