Nunesin "Napoli"yə keçidi təhlükə altındadır
29.06.2025 - 11:33
Hüquqları "Liverpul"a məxsus olan hücumçu Darvin Nunes "Napoli"yə keçməyə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.
Mənbənin məlumatına görə, 26 yaşlı uruqvaylı forvard Neapol təmsilçisinə keçməyə hazırdır, lakin transfer qiyməti sövdələşməyə mane olur.
"Liverpul" 82 milyon avro istəyir ki, bu da İtaliya klubuna sərf etmir.
Ötən mövsüm Nunes "Liverpul"un heyətində 47 matçda iştirak edib, 7 qol vurub və 7 məhsuldar ötürmə verib. Darvinin "qırmızılar"la müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.
- "Trabzonspor"dan müdafiəçi transferi - İspaniyadan Türkiyəyə
- İkardi İspaniya yolunda- İki La Liqa klubu hücumçunu istəyir
- Qrinvud İstanbulda - “Fənərbaxça”nın yeni transferi azarkeşlərlə görüşəcək
- Təmsilçilərimizin avrokubok matçları bu kanallarda - TV AFİŞA
- "Arsenal" və "Fransa"ya şok: Saliba yarım il oynamayacaq
0
0