Dortmund "Borussiya"sının baş məşqçisi Nuri Şahin UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Kataloniya "Barselona"sına məğlub olmalarını şərh edib.
Apasport.az xəbər verir ki, çalışdırıcı bu barədə UEFA-nın mətbuat xidmətinə danışıb:
“Bu nəticəni qəbul etmək çətindir. İki vacib oyunçumuzu itirdik, həm də məğlubiyyətlə üzləşdik. Belə görüşlərdə qalib gəlmək və kobud səhvlərə yol verməmək lazımdır. Belə yüksək səviyyədə bu, sadəcə olaraq, yolverilməzdir”.
Qeyd edək ki, Dortmundda keçirilən "Borussiya" - "Barselona" matçı Almaniya klubunun 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.