Obameyanq evində döyülərək qarət olundu
29.08.2022 - 12:43
Obameyanq evində döyülərək qarət olundu

“Barselona”nın hücumçusu Pyerr-Emerik Obameyanqın evinə oğrular girib.

Apasport.az saytının məlumatına görə, qabonlu forvard oğruların hücumuna məruz qalıb.

Hadisə ötən gecə ulduz futbolçunun ailəsi ilə birlikdə yaşadığı Barselonadakı Kasteldefelse əyalətində baş verib. Bir qrup quldur bağçadan evə daxil olub, Aubameyanqla onun həyat yoldaşını odlu silah və kəsici alətlərlə hədələyib. Üstəlik, futbolçunu döyüblər. 

Seyfdəki bütün qızıl-zinət əşyalarını götürən soyğunçular ağ rəngli “Audi A3” markalı avtomobillə məkanı tərk ediblər. Hücum edən şəxslər hazırda azadlıqdadır, istintaq davam edir.

Qeyd edək ki, Pyerr-Emerik Obameyanq “Barselona”ya bu ilin əvvəlində keçib.

0
DİGƏR XƏBƏRLƏR
Loading...