Okan Buruk: “Referi türk olduğu üçün dördüncü hakimi dinləmədi…”
25.02.2025 - 00:01
Okan Buruk: “Referi türk olduğu üçün dördüncü hakimi dinləmədi…”

Türkiyə Super Liqasının XXV turunun "Qalatasaray" - "Fənərbaxça" matçından (0:0) sonra meydan sahiblərinin baş məşqçisi Okan Burukun mətbuat konfransı keçirilib.

“Hər iki komandada mübarizə əzmi yüksək idi. “Fənərbaxça”nın topu bizə verəcəyini gözləyirdik. Belə də oldu. Oyun ərzində standart vəziyyətlərı çıxsaq, rəqibə epizod vermədik. Əksinə, biz daha çox təhlükə yarada bilərdik.

Mario Lemina və Qabriel Saranı meydana startda buraxıb, oyuna iki 8 nömrə ilə başladıq. Bəzən istədiklərimi bacardılar. İlk hissədə Osimhenin baş zərbəsi, ikinci yarıda real epizodlarımız var idi. Matçın stressi çox fərqlidir. Derbi oyunlarında keyfiyyət, gözləntilər çox olur. Amma bu gün alınmadı. 

Çempionlar Liqası finalı idarə edən hakimin belə əli titrədi. Üç dəfə əli ağzına getdi. Çox bərbad foullar verdi. Mertin əlinə dəyən top var, sanki voleybol oynayırdı. Referi türk olduğu üçün dördüncü hakimi dinləmədi… Bu, hörmətsizlikdir. Oyundan sonra özünə “türk hakimlərdən daha pis performans göstərdin” dedim. Görüşdən əvvəl özünü çox “dartırdı”. Əcnəbi hakim bu haldadırsa, futbolçuları özünüz düşünün. Dünya qədər pul vermişdiz, amma sanki matçı 0:0 bitirməyə gəlmişdi”.