Okan Buruk Türkiyə futbolu tarixinə düşüb
28.04.2025 - 08:16
Türkiyə Super Liqasının 33-cü həftəsində "Qalatasaray" səfərdə "Eyüpspor"u 5:1 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılar" çempionluq yolunda ən yaxın rəqibi "Fənərbaxça" ilə 5 xallıq fərqi qoruyub.
"Qalatasaray"ın çalışdırıcısı Okan Buruk məşqçilik karyerasında Super Liqada 300-cü matçına çıxıb. 51 yaşlı çalışdırıcı 300 matçda 160 qələbə qazanıb.
Buruk 300-cü matçını keçirərək Super Liqa tarixində ən çox qələbə qazanan üçüncü məşqçidir.
Fatih Terim 300 matçda 180 qalibiyyətlə birinci, Mustafa Denizli isə 175 qələbə ilə ikinci yerdədir.
- “Beşiktaş”ın Trabzonspor derbisi üçün heyəti açıqlanıb – Rafa Silva siyahıda yoxdur
- "Çelsi" yeni yarımmüdafiəçi transfer edəcək
- Şesni “Osasuna” ilə oyunda “Barselona”ya kömək edə bilməyəcək
- "Yuventus" Kenan Yıldıza ildə 6 milyon ödəməyə hazırdır
- Lionel Messinin Hindistan səfəri iğtişaşlarla yadda qalıb
0
0