Olmonun zədədən qayıdacağı vaxt bəlli olub
04.10.2024 - 12:01
Olmonun zədədən qayıdacağı vaxt bəlli olub

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo zədəsini sağaltmaqda davam edir.

Apasport.az xəbər verir ki, 26 yaşlı futbolçunun “Sevilya” ilə oyuna kimi tam sağalacağı gözlənilir.

Qarşılaşma oktyabrın 20-də baş tutacaq.

İspaniyalı futbolçu sentyabrın 15-də, “Jirona” ilə baş tutan və “Barsa”nın 4:1 hesablı qələbəsi ilə yekunlaşan matçda zədələnib. Hans-Diter Flikin komandası “Sevilya” ilə oyundan öncə, oktyabrın 6-da səfərdə “Alaves”lə qarşılaşacaq.

Olmo bu yay “Leyptsiq”dən “Barselona”ya keçib. O, zədədən əvvəl Kataloniya nəhənginin heyətində keçirdiyi 3 matçda 3 qol vurmağı bacarıb.

0