Osayi Samuel "Trabzonspor" - "Fənərbaxça" matçı ilə bağlı danışdı
29.03.2024 - 15:58
Osayi Samuel "Trabzonspor" - "Fənərbaxça" matçı ilə bağlı danışdı

"Sarı-lacivərlilər"in nigeriyalı futbolçusu Brayt Osayi Samuel "Trabzonspor" - "Fənərbaxça" matçı ilə bağlı açıqlama verib. 

Apasport.az xəbər verir ki, futbolçu bu barədə Nigeriya mətbuatına danışıb. 

26 yaşlı futbolçu maçın dayandırılmalı olduğunu iddia edib: "Qapıçımıza yad cisim atıldı. O, çənəsindən zədə aldı və qan içində qaldı. Az sonra cərimə zərbəsi yerinə yetirildi və qol oldu. Bu necə ola bilərdi?! Dünyanın hər yerində meydançaya əşyalar atılır, təkcə Türkiyədə yox. Amma bu vəziyyət həddini aşdıqda hakimlər matçı dayandırmalı olur".

O bildirib ki, futbolçular bu cür vəziyyətdə qarşı tərəfə cavab verməyə haqq qazandırırlar: "Çünki bu azarkeşlərin bəziləri silahlı idilər. Əgər futbolçulardan biri zədələnsəydi, bu, təkcə klublar üçün deyil, bütün liqa üçün problem olardı. Futbolçular özlərini təhlükəsiz hiss etmədikləri və zədə ala biləcəkləri yerə getmək istəmirlər". 

Qeyd edək ki, Türkiyə Superliqasının 30-cu turunda "Fənərbaxça"nın "Trabzonspor"u 3:2 hesabı ilə məğlub etdiyi matçın yekununda qalmaqal yaranıb.

"Trabzonspor" azarkeşləri oyunun final fiti səsləndikdən sonra meydana daxil olaraq qələbəni qeyd edən “Fənərbaxça” futbolçularına hücum ediblər. “Trabzonspor” tərəfdarları ilə “Fənərbaxça” oyunçuları arasında çıxan davaya təhlükəsizlik qüvvələri müdaxilə edib.

0