Osimhen La Liqada çıxış edə bilər
13.02.2026 - 11:46
“Qalatasaray”ın ulduz futbolçusu Viktor Osimhen karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 27 yaşlı hücumçu ilə “Atletiko Madrid” yaxından maraqlanır.
Bu barədə “Fichajes” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, baş məşqçi Dieqo Simeonenin istədiyi nigeriyalı hücumçu üçün La Liqa təmsilçisi yayda “sarı-qırmızılılar”a rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Osimhen bu mövsüm “Qalatasaray”ın heyətində 21 rəsmi matçda 15 qol və 1 assistlə yadda qalıb. Onun İstanbul təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0