Osimhen "Qalatasaray"ın tarixinə düşdü
26.02.2026 - 14:42
Viktor Osimhen “Qalatasaray”ın tarixinə düşüb.
Apasport.az xəbər verir ki, nigeryalı hücumçu “sarı qırmızılar”ın avrokuboklarda ən çox qol vuran futbolçusu adına sahib çıxıb.
O, buna Çempionlar Liqasının pley-off mərhələsinin “Yuventus”la matçında (2:3) nail olub.
Forvard “Qalatasaray” formasıyla avrokuboklardakı 13-cü qoluna imza atıb. Bu isə klub tarixində mütləq rekorddur.
Osimhenədək rekord Milan Baroşa məxsus idi. Çexiyalının aktivində 12 belə qol var.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0