Ötən ayın ən yaxşı məşqçisi bəlli oldu
16.02.2024 - 19:01
Ötən ayın ən yaxşı məşqçisi bəlli oldu

Premyer Liqada yanvar ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat verib.

“Liverpul”un baş məşqçisi Yurgen Klopp keçən ayın ən yaxşı məşqçisi olub.

Cari mövsüm “Liverpul”un “sükanı arxasında” olan 56 yaşlı alman məşqçi üçün sonuncu mövsüm olacaq.

Qeyd edək ki, “Liverpul” Premyer Liqada 54 xalla birinci pillədədir.

0