Pedri zədəsi ilə bağlı danışıb
19.07.2024 - 11:37
Pedri zədəsi ilə bağlı danışıb

La Liqa təmsilçilərindən "Barselona"nın və İspaniya milllisinin futbolçusu Pedri AVRO-2024-ün 1/4 finalında Almaniya ilə matçın ilk hissəsində zədələnib. 

Apasport.az xəbər verir ki, Toni Kroosla toqquşduqdan sonra dizindən zədə alan 21 yaşlı futbolçu matça davam edə bilməyib.

İspaniyalı futbolçu tətildə olsa da, zədəsini sağaltmağa çalışdığını bildirib: “Hər gün vəziyyətim yaxşılaşır. Tətilə təzəcə başlamışam, amma tez sağalmaq və mövsümə optimal formada başlamaq üçün hər gün məşq edirəm”.

Pedrisiz ispanlar almanları 2:1 məğlub ediblər. Daha sonra yarımfinal və finalda müvafiq olaraq Fransa və İngiltərə komandalarını eyni hesabla məğlub etdilər.

La Liqanın yeni mövsümünün ilk turunda "Barselona" səfərdə "Valensiya" ilə qarşılaşacaq. Matç avqustun 17-də baş tutacaq.
 

0