Pedro daha bir il “Latsio”da - RƏSMİ
16.06.2025 - 18:23
Pedro daha bir il “Latsio”da - RƏSMİ

İtaliya A Seriyası təmsilçilərindən "Latsio" iyun ayının sonunda müqaviləsi başa çatan Pedro ilə bağlı qərar verib.

Apasport.az xəbər verir ki, komanda ispan vingeri komandada saxlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Pedro ilə 1 illik yeni sözləşmə imzalanıb.

Xatırladaq ki, 37 yaşlı futbolçu 2021-ci ilin yayından "Latsio"da çıxış edir.

İspaniya millisinin sabiq üzvü geridə qalan mövsüm "Latsio"nun heyətində meydana çıxdığı 44 rəsmi matçda 14 qol, 5 assistlə yadda qalıb.