Pioli rəsmən "Əl-Nəsr"də
18.09.2024 - 22:29
Pioli rəsmən "Əl-Nəsr"də

"Əl-Nəsr"in yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, bu posta Stefano Pioli təyin olunub.

O, Luis Kastonu əvəzləyib. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Qeyd edək ki, Pioli son olaraq "Milan"ı çalışdırıb.

0