Poqba Braziliya klubuna keçməyə razılıq verib
16.12.2024 - 16:59
“Yuventus”un keçmiş yarımmüdafiəçisi Pol Poqba Braziliyanın “Korintians” klubuna keçməyə razılıq verib.
Apasport.az xəbər verir ki, Braziliya klubunun rəhbərliyi hazırda fransalı futbolçunun transfer xərclərini 100 faiz ödəyəcək sponsor axtarır.
Daha əvvəl Rodriyə müvəqqəti əvəzləyici axtaran “Mançester Siti”nin Poqba ilə maraqlandığı bildirilirdi.
31 yaşlı yarımmüdafiəçi hazırda antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya olunub. O, gələn ilin martında meydana qayıda biləcək.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0