Poqba MLS klubu ilə danışıqlar aparır
15.02.2025 - 15:36
![Poqba MLS klubu ilə danışıqlar aparır](https://apasport.az/storage/news/2025/february/15/big/67b07be491f3167b07be491f32173961930067b07be491f2567b07be491f30.jpg)
Hazırda azad agent olan fransalı yarımmüdafiəçi Pol Poqba Amerikada iş tapa bilər.
Apasport.az xəbər verir ki, 31 yaşlı futbolçu MLS-də çıxış edə bilər.
Poqba MLS klubu ilə danışıqlar aparır
"Şarlotte" oyunçu ilə müqavilə bağlamaqda maraqlıdır. Tərəflər potensial transferlə bağlı danışıqlar aparır.
Poqbanın dopinq cəzası
Xatırladaq ki, Poqba hazırda dopinqə görə diskvalifikasiya cəzası çəkir. O, gələn ay meydanlara qayıda biləcək.
Poqbanın Fransa millisindəki göstəriciləri
Yarımmüdafiəçinin son iş yeri Turinin "Yuventus"u olub. Pol İngiltərənin “Mançester Yunayted” klubunda çıxışı ilə də fərqlənib. Fransa millisinin heyətində yarımmüdafiəçi 91 oyun keçirib və 11 qol vurub.
0
0