Xəbər verdiyimiz kimi, Portuqaliya Liqasının 28-ci həftəsində Türkiyə millisinin üzvləri Kerem Aktürkoğlu və Orkun Kökçünün forma geyindiyi "Benfika" səfərdə "Porto" ilə üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 4:1.
Məğlubiyyətdən hiddətlənən "Porto" rəhbərliyi futbolçulara qarşı intizam tədbirləri görüb.
Belə ki, futbolçuların "Benfika" ilə matçdan sonra evlərinə getməsinə icazə verilməyib. Oyun bitdikdən sonra klubun bazasına göndərilən futbolçular gecə məşqinə çıxıblar.
Qeyd edək ki, "Porto" hazırda Portuqaliya çempionatının turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
- İngiltərənin üç klubu Arda ilə maraqlanır
- Domeniko Tedesko: "Mən heç vaxt bu vəziyyətə görə ağlamaram"
- Türkiyə - Rumıniya matçının keçiriləcəyi stadion müəyyənləşib
- "Real" – "Mançester Siti" qarşılaşması bu kanalda
- Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu