Portuqaliya-Çili matçında kütləvi dava - VİDEO
07.06.2026 - 01:05
Portuqaliya-Çili matçında kütləvi dava - VİDEO

Portuqaliya və Çili milliləri arasında keçirilən yoldaşlıq görüşündə insident yaşanıb.

Apasport.az xəbər verir ki, birinci hissənin sonlarında Çili yığmasının futbolçusu Felipe Faundezlə Joao Kanselo arasında yaranan gərginlik kütləvi qarşıdurmaya çevrilib.

Hadisəyə qoşulan Rafael Leao ilə İvan Roman arasında da itələşmə baş verib.  Leao rəqibini itələdikdən sonra onun üzünə zərbə endirib. Hakim hər iki futbolçuya birbaşa qırmızı vərəqə göstərib.

Qarşılaşma Portuqaliya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Portuqaliya DÇ-2026-nın qrup mərhələsində Özbəkistan, Kolumbiya və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.

Çili isə mundiala vəsiqə qazana bilməyib.