Premyer Liqa: “Arsenal” və "Liverpul"dan qələbə
27.12.2025 - 21:21
Premyer Liqa: “Arsenal” və "Liverpul"dan qələbə

İngiltərə Premyer Liqasında 18-ci turun bir neçə qarşılaşması başa çatıb.

Apasport.az xəbər verir ki, “Mançester Siti” isə səfərdə “Nottingem Forest”i 2:1 hesabı ilə məğlub edib.

“Arsenal” ev oyununda “Brayton”a 2:1 hesabı ilə qalib gəlib. Turun ən məhsuldar qarşılaşması isə “Brentford” – “Bornmut” matçı olub. London təmsilçisi rəqibini 4:1 hesabı ilə darmadağın edib.

Qolsuz başa çatan görüşlər də olub. “Bernli” – “Everton” və “Vest Hem” – “Fulhem” qarşılaşmalarında qalib müəyyənləşməyib – 0:0.

“Liverpul” isə öz meydanında “Vulverhempton”u 2:1 hesabı ilə məğlub edərək növbəti üç xalı aktivinə yazdırıb.