Premyer Liqa klubları ispaniyalı məşqçi üçün mübarizə aparacaq
09.02.2024 - 23:20
Hazırda "Selta"da çalışan məşhur ispan məşqçi Rafael Benites cari mövsümün sonunda klubunu dəyişə bilər.
Apasport.az "Todofichajes"ə istinadla xəbər verir ki, 63 yaşlı çalışdırıcı əvvəllər "Liverpul" və "Çelsi"də çalışdığı İngiltərəyə qayıtmaq istəyir.
Premyer Liqada Benitesə iki namizəd var. “Bornmut” və “Brayton” ispaniyalıya baş məşqçi postunu təklif etməyə hazırdır.
Qeyd edək ki, Rafael ötən yay "Selta"nın "sükanı arxası"na keçib. Tərəflər arasında mövcud müqavilə 2026-cı ilin iyunun sonunda başa çatır.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0