Premyer Liqa klublarının futbolçuları "Çelsi"nin hədəfində
04.01.2026 - 11:22
“Çelsi” “Arsenal”ın yarımmüdafiəçisi İtan Nvaneri və “Aston Villa”nın futbolçusu Morqan Rocerslə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.
Rocersin “Çelsi”yə transferi böyük məbləğli əməliyyat hesab ediləcək.
Həmçinin, London klubu Nvanerini də hələ də almaq niyyətindədir. Komanda keçən yay çox istəsə də, Nvanerinin keçidi baş tutmamışdı.
Qeyd edək ki, London təmsilçisi bir neçə gün öncə baş məşqçi Enzo Mareska ilə yollarını ayırıb.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0