[b]Premyer Liqa klubundan rekord transfer[/b]
06.07.2018 - 17:50
[b]Premyer Liqa klubundan rekord transfer[/b]

İngiltərə Premyer Liqasına vəsiqə qazanan “Vulverhempton” klub transfer rekordunu qırıb. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, “canavarlar” 16 milyon avro qarşılığında Aleksandr Zinçenkonun transferini “Mançester Siti” ilə razılaşdırıblar.

 

İlk başda yarımmüdafiəçiyə görə 12 milyon avro ödəniləcək. Əlavə olaraq isə 4 milyon avro bonus planlaşdırılıb.

 

2016-17 mövsümünü icarə əsasında PSV-də keçirən ukraynalı futbolçunun ulduzu “Mançester Siti”də, Pep Qvardiolanın rəhbərliyi altında parlamışdı. “Şəhərlilər”in forması ilə son mövsüm 16 matça çıxan Zinçenko sonda Premyer Liqa tituluna sahib çıxmışdı

0