Premyer Liqa: Mövsümün ən yaxşı baş məşqçisi üzrə namizədlər açıqlanıb
15.05.2025 - 20:22
İngiltərə Premyer Liqasında ilin ən yaxşı baş məşqçisi mükafatına namizədlərin siyahısını açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı paylaşım edib.
Azarkeşlər Arne Slot ("Liverpul"), Eddi Hou ("Nyukasl"), Nuno Espirito Santo ("Nottingem Forest"), Tomas Frank ("Brentford") və Vitor Pereyra ("Vulverhempton") arasında seçim aparacaqlar.
Səsvermə mayın 19-dək davam edəcək.
Qeyd edək ki, ötən mövsüm bu mükafatı “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola qazanmışdı.
- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0