Premyer Liqada ayın ən yaxşı məşqçisi açıqlanıb
12.12.2025 - 17:56
İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, "Çelsi"ni çalışdıran Entso Mareska ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
İtaliyalı mütəxəssisin rəhbərlik etdiyi komanda noyabr ayında İngiltərə çempionatında keçirdiyi 4 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib.
Qeyd edək ki, "Çelsi" Premyer Liqada 15 turdan sonra 25 yaş toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0