Premyer Liqada ayın oyunçusu müəyyənləşdi
04.04.2025 - 17:11
İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bu mükafata “Mançester Yunayted” forması geyinən Bruno Fernandes sahib çıxıb.
Portuqaliya millisinin üzvü mart ayında “qırmızı şeytanlar”ın heyətində iştirak etdiyi 2 rəsmi matçda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Fernandes “Yunayted”ə 2020-ci ildə “Sportinq”dən 65 milyon avroya transfer olunmuşdu.
Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində iştirak etdiyi 46 rəsmi matçda 16 qol, 16 assistlə oynayıb.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0