PSJ-də müqavilə yağışı
04.09.2026 - 23:48
PSJ-də müqavilə yağışı

PSJ baş məşqçisi Luis Enrike ilə müqavilənin müddətini uzadıb.

Apasport.az xəbər verir ki, Paris klubu ispaniyalı mütəxəssislə yeni müqavilə imzalayıb. Enrike 2030-cu ilədək komandada çalışacaq.

Klub eyni zamanda 5 futbolçusu ilə də yeni müqavilə bağlayıb. Vilyan Paço, Lukas Beraldo, Joao Neveş və Sanni Mayulu 2031-ci ilədək PSJ-də qalacaqlar.

Fabian Ruizin yeni müqaviləsi isə 2028-ci ilədək nəzərdə tutulub.