Liqa 1 təmsilçilərindən PSJ "Liverpul"un mərkəz müdafiəçisi İbrahima Konate ilə maraqlanır.
Apasport.az xəbər verir ki, Fransa klubu Konateni heyətinə cəlb etməyə hazırlaşır.
Parislilər transferi qışda alınmasa belə, ən pis halda yayda həyata keçirməyə çalışacaqlar.
25 yaşlı futbolçunun hələ ötən mövsüm PSJ-yə keçidi gözlənilirdi. Amma razılaşma əldə olunmamışdı.
Konatenin "Liverpul"la müqaviləsi 2026-cı ilin ortalarında başa çatacaq. Tərəflər artıq yeni sazişlə bağlı danışıqlar aparırlar.
"Transfermarkt" portalının dəyərləndirməsinə görə, fransız mərkəz müdafiəçisinin qiyməti 50 milyon avrodur.
Cari mövsümdə futbolçu Arne Slotun rəhbərliyi altında 22 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.