PSJ-nin hücumçusu Qonçalo Ramos "Milan"a təklif olunacaq.
Apasport.az xəbər verir ki, portuqaliyalı Parisə uyğunlaşmaqda çətinlik çəkir və bu, onun gələn yay getməsinə səbəb ola bilər.
Məlumata görə, agent Jorge Mendes Ramosu Olivier Jirunun yerinə "Milan"a icarəyə vermək niyyətindədir.
37 yaşlı fransızın "rossoneri" ilə müqaviləsi mövsümün sonunda başa çatır və forvard karyerasını MLS-də davam etdirməyi ciddi şəkildə düşünür.
Qonçalo Ramos bu mövsüm PSJ-nin heyətində 30 oyunda 9 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı "Atletiko Madrid"in də maraqlandığı 22 yaşlı futbolçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı