PSJ-dən ayrılacaq daha bir futbolçu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, hücumçu Kilian Mbappe ilə yanaşı, yarımmüdafiəçi Anxel Di Mariya da mövsümün sonunda Paris klubunu tərk edəcək.
Argentina millisinin üzvü karyerasını “Yuventus”da davam etdirəcək. O, turinlilərlə iyulun 1-dən qüvvəyə minəcək ilkin müqaviləni razılaşdırıb. 34 yaşlı hücumameylli oyunçu daha bir il uzadılması şərtilə 1 illik sözləşmə imzalayıb. Onun Fransa klubu ilə anlaşması yaya qədər olduğundan, “Yuventus”a azad agent statusunda keçəcək.
Qeyd edək ki, Anxel Di Mariya 2015-ci ildən PSJ-nin formasını geyinir. O, bu müddətdə 294 oyunda 92 qol vurub, 118 məhsuldar ötürmə verib.