"Atletiko Madrid" PSJ-nin hücumçusu Qonçalo Ramosu transfer siyahısına daxil edib.
Apasport.az xəbər verir ki, portuqaliyalı ötən yay "Benfika"dan Paris komandasına keçdi, lakin gözləntiləri tam olaraq doğrulda bilmədi.
Mətbuatda Ramosun mövsüm bitdikdən sonra gedəcəyi ehtimalı ilə bağlı şayiələr dolaşır.
Məlumata görə, “Atletiko Madrid” 22 yaşlı forvardla müqavilə bağlamaq imkanını nəzərdən keçirir. Artıq Madrid klubunun nümayəndələri futbolçu ilə əlaqə yaradıblar.
Qonçalo Ramos PSJ-nin heyətində 30 matçda iştirak edib, 9 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı hücumçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı