PSJ Neymar və Kilian Mbappedən sonra daha bir superulduz transfer etmək niyyətindədi. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, Paris təmsilçisi “Barselona”nın yarımmüdafiəçisi Filip Koutinyoya “elçi düşüb”.
Klub rəhbərliyi 26 yaşlı futbolçunun menecerlərindən biri ilə əlaqə saxlayaraq, bu keçid üçün 270 milyon avro təklif etməyə hazırlaşdıqlarını bildirib. Fransızlar Neymarın keçidində olduğu kimi, əvvəlcə oyunçunun özünün razılığını almaq, sonra klubu ilə danışıqlara başlamaq fikrindədi.
Maraqlıdı ki, rəhbərliyə bu transferi Braziliya yığmasının digər üzvü Neymar məsləhət görüb. Lakin “Barselona” ilə müqavilə müddəti 2023-cü ilə qədər olan Koutinyonun sərbəst qalma məbləği 400 milyon avrodu. Əgər kataloniyalılar qarşı tərəfin təklifini müsbət cavablandırsa, Koutinyo dünya futbol tarixinin ən bahalı transferi olacaq.
Qeyd edək ki, ulduz futbolçu “Barselona”ya bu ilin yanvarında 125 milyon avro müqabilində “Liverpul”dan keçib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"