“Liverpul”un hücumçusu Kodi Qakpo karyerasını “Tottenhem”də davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, 27 yaşlı futbolçu Mersisayd klubunun rəhbərliyinə London təmsilçisinə keçmək niyyətində olduğunu bildirib.
Niderland millisinin üzvü “Tottenhem”lə şəxsi müqaviləsinin şərtlərini də razılaşdırıb.
London təmsilçisinin Qakpo üçün rəsmi təklif göndərməyə hazırlaşdığı bildirilir.
Qeyd edək ki, 2023-cü ildən “Liverpul”da çıxış edən Qakpo komanda ilə 2024/25 mövsümündə İngiltərə çempionu, 2023/24 mövsümündə isə Liqa Kubokunun qalibi olub. O, 2026-cı il dünya çempionatında Niderland millisinin heyətində 4 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI